Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, Levice şəhərindəki idman zalında keçirilən oyunu Finlandiyadan olan hakimlər idarə edib.
Əvvəlki dörd oyunun hamısında qələbə qazanmış yığmamız artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdi. Millimiz bu oyunda da uduzmasa, qrup birinciliyini də təmin etmiş olacaqdı. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Komandamız buraxılan qolun əvəzini sona 30 saniyə qalmış çıxa bilib. Qalonun vurduğu cavab qolu komandamıza həm 1 xal qazandırıb, həm də qrup liderliyi üçün yetərli olub. Bir sözlə, millimiz AÇ-yə qrup lideri kimi yollanacaq.
Xatırladaq ki, Slovakiya ilə Azərbaycan yığmaları arasında Bakıda baş tutmuş ilk oyunda millimiz 4:1 hesabıyla qalib gəlmişdi. Moldovanı da Bakıda 5:1 hesabıyla yenən komandamız bu komandaya səfərdə də 5:3 qalib gəlib, Yunanıstanı isə 3:0 üstələyib.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
8 aprel
Slovakiya – Azərbaycan 1:0
Qol: M.Doşa, 15.
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Timekeeper: Miroslav Jezik (Slovakiya).
Hakim-inspektor: Perri Qautye Perry (Belçika).
UEFA nümayəndəsi: Sin Dipple (İngiltərə).
Slovakiya. Levice.
Slovakiya: 2. Marek Karpiak (q), 5. Qabriel Rik, 9. Peter Kozar (k), 10. Martin Doşa, 16. Tomaş Drahovski, 1. Milan Herko (q), 3. Duşam Rafay, 4. Peter Serbin, 7. Martin Smerçka, 8. Martin Zdrahal, 12. Marek Belanik, 13. Anton Brunovski, 14. Matuş Çevçik, 15. Voyex Turek.
Baş məşqçi: Marian Berki.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 1. Emin Kürdov (q), 19. Cavad Məmmədov (q), 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Azərbaycan – 13
Slovakiya – 8
Moldova – 4
Yunanıstan – 0


