Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Aston Villa” – “Brayton” matçında qalib müəyyənləşməyib. “İpsviç Taun”un qonağı olan “Çelsi” 2 cavabsız qolla məğlub olub. “Mançester Yunayted” də “Nyukasl”la ev oyununda oxşar aqibətlə üzləşib.
19-cu tura yanvarın 1-də yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
19-cu tur
29 dekabr
Lester Siti – Mançester Siti 0:2
Qollar: Savinyo, 21. Haland, 74.
Kristal Pelas – Sauthempton 2:1
Qollar: Çaloba, 31. Eze, 52 – Diblinq, 15.
Everton – Nottingem Forest 0:2
Qollar: Vud, 15. Gibbs-Uayt, 61.
Fulhem – Bornmut 2:2
Qollar: R.Ximenes, 40. H.Uilson, 72 – Evanilson, 51. Uattara, 89.
Tottenhem – Vulverhempton 2:2
Qollar: Bentankur, 12. B.Conson, 45+3 – Hvanq, 7. Larsen, 87.
Vest Hem – Liverpul 0:5
Qollar: L.Dias, 30. Qakpo, 40. Salah, 44. Aleksandr-Arnold, 54. D.Jota, 84.
30 dekabr
Aston Villa – Brayton 2:2
Qollar: O.Uotkins, 36-pen. M.Rocers, 47 – Adinqra, 12. Lampti, 81.
İpsviç Taun – Çelsi 2:0
Qollar: Delap, 12-pen. Hatçinson, 53.
Mançester Yunayted – Nyukasl 0:2
Qollar: A.İsak, 4. Joelinton, 19.
1 yanvar
21:30. Brentford – Arsenal


