“Qalatasaray” yenə qələbəyə həsrət qaldı

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Hatayspor” doğma meydanda İzmirin “Göztəpə” komandasını qəbul edib. Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar.

Son turda “Kayserispor”la matçda xal itirən “Trabzonspor”, bu dəfə də “Rizəspor”la heç-heçəyə razılaşıb.

Turnir cədvəlinin 3-cüsü “Qalatasaray” isə doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Bu oyun da bərabərliklə bitib.

Türkiyə Super Liqası
34-cü tur
10 aprel

Hatayspor – Göztəpə 2:3
Qol: Diuf, 64; 90 – Yahoviç, 30; 38; 78.

Rizəspor – Trabzonspor 0:0

Qalatasaray – Fatih Karagümrük 1:1
Qol: Babel, 62 – Ndao, 60.

11 aprel

14:30 Sivasspor – Konyaspor
17:00 Ankaragücü – Gənclərbirliyi
17:00 Kayserispor – Antalyaspor
20:00 Ərzurumspor – Beşiktaş

12 aprel

17:00 Kasımpaşa – Yeni Malatyaspor
20:00 Alanyaspor – Dənizlispor
20:00 Fənərbaxça – Qaziantep

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: