Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Aston Villa” ilə lider “Liverpul” arasında baş tutub.
Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Hesabı açan “qırmzılar” fasiləyə qədər məğlub duruma düşüblər. Arne Slotun yetirmələri məğlubiyyətdən ikinci hissədə vurduqları qol sayəsində qurtulublar.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran “Liverpul” hələ də vahid liderdir. “Aston Villa” isə 39 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 29-cu turun oyunları martın 15-də və 16-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
29-cu turun oyunu
19 fevral
Aston Villa – Liverpul 2:2
Qollar: Y.Tilemans, 38. O.Uotkins, 45+3 – M.Salah, 29. Aleksander-Arnold, 61.


