“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşılaşacağı püşkün nəticəsini qiymətləndirib.
Arena.az “Liverpul”un mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Yarışın bu mərhələsində rəqiblərin səviyyəsi ancaq yüksək olacaq, PSJ-nin simasında isə biz, əsl avrokubok şəcərəsi olan bir klubla qarşılaşacağıq.
Onlar bu həftə “Brest” üzərində nəhəng qələbə ilə Çempionlar Liqasının 1/8 final mərhələsinə parlaq surətdə çıxıblar. Həmçinin onlar yarışın qrup mərhələsində “Ştutqart”, “Mançester Siti”, “Jirona” və “Zalsburq” üzərində qələbələrlə əla nəticələr göstəriblər.
Bizim kimi, PSJ də öz liqasına başçılıq edir və uzun məğlubiyyətsizlik silsiləsini sürdürür. Bu, bizə, hansı çağırışla qarşılaşacağımızı deyir. Amma bu, bizim həm də intizarla gözləyəcəyimiz bir çağırış olacaq, bilərək ki, elə biz də 1/8 finalda iştirakımızı haqq etmişik.
Əlbəttə, bizim əsas diqqətimiz indi – İngiltərə Premyer Liqasının oyunlarıdır. Bazar günü “Mançester Siti” ilə oyundan başlayaraq, biz, Çempionlar Liqasının yenilənəcəyi vaxta qədər ən yaxşı idman formamızda olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”, deyə Arne Slot vurğulayıb.
Xatırladaq ki, “Liverpul” PSJ ilə ilk oyunu martın 4/5-də səfərdə, cavab oyununu isə martın 11/12-də evdə keçirəcək.


