“Tottenhem” televiziya yayımçılarına səsləndi: “Bizi belə adlandırmayın!”

London təmsilçisi “Tottenhem Hotspur” televiziya yayımçılarına səslənərək, klubu “Tottenhem” adlandırmamağı xahiş edib.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Bunun əvəzində klub rəhbərliyi London təmsilçisinə müraciətdə ya klubun tam adını – “Tottenhem Hotspur” və ya klubun ləqəblərindən biri olan “mahmızlar” kəlməsini istifadə etməyi xahiş edib.

“Mahmızlar” öz xahişlərini Tottenhemin Londonun bölgələrindən biri olması, klubun adının belə olmaması ilə izah ediblər.

Vurğulayaq ki, “Tottenhem Hotspur”un xahişi haqda müvafiq elektron məktub dünya üzrə İngiltərə Premyer Liqasının bütün televiziya yayımçılarına ünvanlanıb.

25 oyunda topladığı 30 xalla “Tottenhem Hotspur” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: