“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah “Mançester Siti”dəki oyun böhranı haqda fikrini açıqlayıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, misirli ulduzun bu barədə qənaətini təqdim edir:
“Mançester Siti” həmişə “Mançester Siti” olacaq. Onlar bütün zamanların ən yaxşı məşqçilərindən birinə və əntiqə futbolçulara sahibdirlər. Onlar uzun illərdir yüksək səviyyədə çıxış edirlər və hər şeyi qazanıblar. Odur ki, onlar həmişə güclü komanda olacaqlar və həmişə qalib gələ biləcəklər. Düşünürəm ki, aramızdakı oyun çox mürəkkəb olacaq. Onların doğma meydan amili və təcrübəli oyunçuları olaraq öz üstünlükləri var. Bizə isə sakitliyimizi qoruyub-saxlamaq və səylə çalışmaq gərəkdir”, deyə Salah vurğulayıb.
Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində fevralın 23-də “Etihad”da “Mançester Siti”nin “qonağı” olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.
25 oyunda topladığı 44 xalla “Mançester Siti ” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.


