Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Nottingem Forest” – “Arsenal” matçında qapılara qol vurulmayıb. “Brentford” – “Everton” matçında da qalib müəyyənləşməyib.
“Mançester Yunayted” doğma meydanda “İpsviç Taun” üzərində çətin qələbəyə sevinib. “Tottenhem”in qonağı olan “Mançester Siti” də turu qələbə ilə başa vurub. Lider “Liverpul” isə “Nyukasl”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
27-ci tura fevralın 27-də keçiriləcək “Vest Hem” – “Lester Siti” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
27-ci tur
25 fevral
Brayton – Bornmut 2:1
Qollar: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.
Kristal Pelas – Aston Villa 4:1
Qollar: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.
Vulverhempton – Fulhem 1:2
Qollar: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.
Çelsi – Sauthempton 4:0
Qollar: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.
26 fevral
Brentford – Everton 1:1
Qollar: Vissa, 45+4 – Obrayn, 77.
Mançester Yunayted – İpsviç Taun 3:2
Qollar: Morsi, 22-öz qapısına. De Liqt, 26. Maquayr, 47 – Filogen, 4; 45+2.
Nottingem Forest – Arsenal 0:0
Tottenhem – Mançester Siti 0:1
Qol: Haland, 12.
Liverpul – Nyukasl 2:0
Qollar: Soboslai, 11. Makallister, 63.
27 fevral
00:00. Vest Hem – Lester Siti


