“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə 27-ci tur ev oyununu (0:1) şərh edib.
Arena.az “Tottenhem”in rəsmi satına istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hiss edilirdimi ki, “Tottenhem” ikinci hissədə öz oyunundan nəsə əxz etməlidir? Düşünürəm ki, bəli, belədir. Birinci hissədə biz, topla irəli getmək üçün sadəcə olaraq, azacıq daha səbrsiz idik. Hesab edirəm ki, biz həqiqətən israfçı idik, “Mançester Siti”yə qarşı isə bu, onların öz oyunun nəbzini tutmasına imkan verir. Onlar sizi müxtəlif vaxtlarda keçə bilərlər, biz sadəcə olaraq oyunun bu kəsiminin öhdəsindən yaxşı gələ bilmədik. Onlar qol vurdular, həm də onların, bu üstünlüyü artırmaları üçün bir neçə yaxşı fürsəti oldu. Mən müəyyən mənada hiss edirdim ki, ikinci hissədə biz oyunda və ərəzi üzrə üstünlük saxlayırdıq. Biz kifayət qədər israrlı idik, topla daha yaxşı davaranır, nəzarət edir və daha sakit idik, amma sadəcə olaraq qol buraxdıq və yekunda uğursuzluğa düçar olduq”, deyə Postekoqlu məyusluqla bildirib.
27 oyundan 33 xal toplamış “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Mançester Siti” isə 47 xalla 4-cü pillədədir.
Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.


