“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 finalında qarşılaşacağı Fransa nəhəngi PSJ haqda fikrini bildirib.
Arena.az “Liverpul”un rəsmi sayıtna istinadən məlumat verir ki, niderlandlı mütəxəssis müvafiq fikrini “PSJ-dən qorxmağa dəyərmi?” sualı ərtafında ifadə edib:
“PSJ – qorxmağa dəyər bir komandadırmı? Düşünmürəm ki, biz komandalardan qorxub-çəkinmirik. Düşünmürəm ki, “Liverpul”, “Arsenal”, “Pari Sen-Jermen”, “Barselona”, “Real” kimi komandalar rəqiblərindən qorxurlar. Amma biz onlara müəyyənliklə hörmət bəsləyirik, buna isə səbəb var. Bu odur ki, sizin bayaq dediyiniz kimi, onlar o qədər çoxlu oyun udublar və onların bu qədər çoxlu keyfiyyətli oyunçuları var.
Düşünürəm ki, bu, futbolu sevən hər kəs üçün çox maraqlı oyun olacaq. Mən, bitərəf olan adamların bu oyuna deyil, başqa oyuna baxacaqlarına təəccüb edərdim. Çünki düşünürəm ki, hamı – “Pari Sen-Jermen” daxil, eləcə də biz – bu oyunu səbrsizliklə gözləyir”, deyə Arne Slot vurğulayıb.
Xatırladaq ki, “Liverpul” ilk oyun çərçivəsində martın 5-də Parisdə PSJ-nin “qonağı” olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (6 mart) başladacaq.


