“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk mövsümün həlledici kəsimində “qırmızılar”ı diqqətli olmağa səsləyib.
Arena.az ESPN şəbəkəsinə istinadən, niderlandlı futbolçunun müvafiq fikrini təqdim edir:
“Demək olar ki, çempion” anlayışı yoxdur. Bizə, hələ 10 oyunda yaxşı oynamaq gərəkdir, hələ heç nə müəyyənləşməyib belə. Hələ bu, həllini tapmayıb, biz fikrimizi yayındırmırıq. Bu mənada, mən darıxdırıcı bir oğlan olacağam, çünki “növbəti oyuna hazırlaşırıq, təmkininizi qoruyub-saxlayın”, demək fikrindəyəm”, deyə Van Deyk vurğulayıb.
Hazırda “Liverpul” 28 oyundan 67 xalla İngiltərə Premyer Liqasının yarış cədəvlinə başçılıq edir. “Qırmızılar” ən yaxın təqibçisi, 27 oyundan 54 xal toplayaraq 2-ci pillədə qərarlaşmış “Arsenal”ı 13 xal qabaqlayırlar.


