Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
“Turan Tovuz” – “Sumqayıt” matçı martın 16-da Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 18:30-da start veriləcək.


