Əvəzedicilər: “Turan Tovuz” evdə, “Neftçi” səfərdə uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 27-ci tura bu gün start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Turan Tovuz”un əvəzediciləri doğma meydanda “Sumqayıt”ın ikinci komandasına 2 cavabsız qolla uduzublar. “Araz-Naxçıvan”la “Şamaxı”nın əvəzediciləri arasındakı 8 qolluq oyunda meydan sahibləri darmadağına seviniblər. Səfərdə “Səbail-2” ilə qarşılaşan “Neftçi”nin əvəzediciləri isə turu xalsız başa vurublar.

27-ci turun qalan qarşılaşmaları sabah keçiriləcək.

Əvəzedicilər Liqası
27-ci tur
15 mart

“Turan Tovuz-2” – “Sumqayıt-2” 0:2
Qollar: Qabil Əlizadə, 9. Əjdər Hacılı, 81.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 12:30.

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” 6:2
Qollar: Tofiq Bayramov, 6. Bayraməli Qurbanov, 13. İftixar İbrahimov, 41; 67. Nicat Quliyev, 80. Fərid Tağıyev, 83 – Cəfər Muxtarov, 20. Fəxri Məmmədli, 52-pen.
Hakimlər: Rauf Allahverdiyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Səbail-2” – “Neftçi-2” 1:0
Qol: Rəvan Abasov, 24.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 21:00.

16 mart

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Eyyub İbrahimov, Mirnihat Seyidov, Rasim Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 12:00.

“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Kərim Zeynalov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “Azersun Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: