Futbol üzrə İngiltərə çempionatı (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün oyunlarında istifadə ediləcək topu təqdim edib.
Arena.az turnirin mətbuat xidmətinə istinadən məlumat verir ki, yeni mövsümdən etibarən milli birinciliyin oyunlarında məşhur alman idman malları şirkəti “Puma”nın istehsalı olan toplardan istifadə ediləcək:
“Biz, “Puma”nın 2025/2026-cı illər mövsümündən etibarən, İngiltərə Premyer Liqasının rəsmi top təchizatçısı olacağını bildirməyə şadıq”, – qurumun müvafiq bəyanatında deyiir.
“Puma” topları cari mövsüm İngiltərə Liqa Kubokunda artıq istifadə edilib. Maraqlıdır ki, bu toplar “Arsenal”ın ispan baş məşqçisi Mikel Artetaya xoş gəlməyib. Arteta bu topları tənqid edib.
29 turdan sonra İngiltərə Premyer Liqasının ilk dördlüyü belə sıralanıb:
“Liverpul” – 70 xal, “Arsenal” – 58 xal, “Nottingem Forest” – 54 xal, “Çelsi” – 49 xal.



