Fransanın nüfuzlu “Ekip” nəşri İngiltərə Premyer Liqasının ən ödənişli məşqçilərindən ibarət üçlüyü açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Yunayted”in ispan baş məşqçisi Xosep Qvardiola qərarlaşıb.
“Pep” ayda 1,98 milyon avro məbləğində qazanc əldə edib.
İkinci pillədə “Arsenal”ın ispan çalışdırıcısı Mikel Arteta yer alıb. London təmsilçisi “baş topçu”ya ayda 1,48 miyon avro məbləğində əməkhaqqı ödəyir.
“Everton”un baş məşqçisi, şotland mütəxəssis Devid Moyes isə ilk üçlüyü qapayır. Moyesin aylıq gəliri 1,23 milyon avro məbləğindədir.
Sözügedən mütəxəssislərin çalışdırdığı komandaların İngiltərə Premyer Liqasının 29 turundan sonra yarış cədvəlindəki mövqeyini təqdim edirik:
- “Arsenal” – 58 xal;
- “Mançester Siti” – 48 xal;
- “Everton” – 34 xal.


