Əvəzedicilər: “Neftçi”dən darmadağın, “Sabah”dan qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 28-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sumqayıt”la “Sabah”ın əvəzediciləri arasındakı oyunda qonaqlar çətin qələbəyə seviniblər. “Neftçi”nin ikinci komandası isə “Araz-Naxçıvan”ın əvəzedicilərinə darmadağınla qalib gəlib.

28-ci turun qalan görüşləri martın 31-də keçiriləcək.

Əvəzedicilər Liqası
28-ci tur
29 mart

“Turan Tovuz-2” – “Qarabağ-2” 0:2
Qollar: Nihat Mehralıyev, 61. Qurban Səfərov, 90+1.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.

30 mart

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Kamran Quliyev, 74-pen – Nihat Cabbarov, 61; 75.
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Elcan Əbilov, 48. Bahadur Quliyev, 72. Fərid Səfərli, 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

31 mart

“Kəpəz-2” – “Səbail-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Rahil Ramazanov, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Zirə-2” – “Şamaxı-2”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Eyyub İbrahimov, Niyaz Əmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: