Premyer Liqa: “Arsenal” qalib gəldi, MY yenə uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “topçular”ın qələbəsiylə yekunlaşıb. “Vulverhempton” evdə “Vest Hem”lə, “Nottingem Forest” isə “Mançester Yunayted”lə qarşılaşıb. Bu oyunların hər ikisində meydan sahibləri 3 xalı tək qolla qazanıblar.

30-cu turun qalan qarşılaşmaları aprelin 2-də və 3-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
30-cu tur
1 aprel

Arsenal – Fulhem 2:1
Qollar: Merino, 37. Saka, 73 – R.Munis, 90+4.

Vulverhempton – Vest Hem 1:0
Qol: Larsen, 21.

Nottingem Forest – Mançester Yunayted 1:0
Qol: Elanqa, 5.

2 aprel

22:45. Bornmut – İpsviç Taun
22:45. Brayton – Aston Villa
22:45. Mançester Siti – Lester Siti
22:45. Nyukasl – Brentford
22:45. Sauthempton – Kristal Pelas
23:00. Liverpul – Everton

3 aprel

23:00. Çelsi – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: