İngiltərə Premyer Liqasının ən sürətli oyunçuları açıqlandı

İngiltərə Premyer Liqasının cari mövsümünün ən sürətli oyunçularından ibarət beşlik futbol ictimaiyyətinə açıqlanıb.

Arena.az bu bardə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Ən sürətli oyunçuların beşliyini təqdim edirik:

  1. Mikki van de Ven (“Tottenhem Hotspur”) – 37,1 km/saat;
  2. Mateus Nunes (“Mançester Siti”) – 36,7 km/saat;
  3. Brayan Mbömo (“Brentford”) – 36,6 km/saat;
  4. Yankuba Minte (“Brayton”) – 36,4 km/saat;
  5. Antoni Elanqa (“Nottingem Forest”) – 36,2 km/saat.

Cari mövsümdə İngiltərə Premyer Liqasının ən sürətli qapıçısı isə “Arsenal”ın ispan qapıçısı David Rayyadır. Rayya 32,7 km/saat sürət yığıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: