Aprel ayının 12-dən etibarən, İngiltərə Premyer Liqasında yarımavtomatik oyundankənar vəziyyət qaydası tətbiq ediləcək.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Vurğulanır ki, müvafiq sistem Premyer Liqanın 32-ci turundan etibarən tətbiq ediləcək.
Daha əvvəl kütləvi informasiya vasitələrində məlumat yayılıb ki, bu sistem “oyundankənar” vəziyyətlərin VAR sisteminin köməyi ilə yoxlanılıb müəyyənləşdirilməsində 31 saniyəyə qədər vaxta qənaəti təmin etməlidir.
Xatırladaq ki, hazırda oyundankənar vəziyyətlərin yarımavtomatik müəyyənləşdirilməsi sistemi İtaliya A Seriyasında və UEFA Çempionlar Liqasında tətbiq edilir. Müvafiq sistem ilk dəfə olaraq, Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatında tətbiq edilib.


