İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” 18 yaşlı futbolçusu Kallum Olusesi ilə yeni müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşmanın müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi olan Kallum Olusesi “Tottenhem” akademiyasının yetirməsidir. 2025-ci ilin yanvarında əsas komandada debüt etmiş ingilis futbolçu daha çox London təmsilçisinin U-21 kollektivində forma geyinir.
Olusesi İngiltərənin U-17 yığmasında çıxış edib, hazırda isə U-18-də forma geyinir.



