Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024-cü illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Brentford” – “Çelsi” matçında qapılara qol vurulmayıb. “Mançester Yunayted”lə “Mançester Siti” arasında baş tutan derbidən də qol səsi çıxmayıb. Dörd qolun qeydə alındığı “Tottenhem” – “Sauthempton” matçı meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Lider “Liverpul” isə bu dəfə “Fulhem”in qonağı olub. Beş qolun qeydə alındığı görüş “Liverpul”un gözlənilməz məğlubiyyəti ilə başa çatıb.
31-ci tura aprelin 7-də keçiriləcək “Lester Siti” – “Nyukasl” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
31-ci tur
5 aprel
Everton – Arsenal 1:1
Qollar: Ndiaye, 49-pen – Trossard, 34.
Kristal Pelas – Brayton 2:1
Qollar: Mateta, 3. Munos, 55 – Uelbek, 31.
İpsviç Taun – Vulverhempton 1:2
Qollar: Delap, 16 – Sarabia, 72. Larsen, 84.
Vest Hem – Bornmut 2:2
Qollar: Fullkruq, 61. Bouen, 68 – Evanilson, 38.
Aston Villa – Nottingem Forest 2:1
Qollar: Rocers, 13. Malen, 15 – Jota Silva, 57.
6 aprel
Brentford – Çelsi 0:0
Fulhem – Liverpul 3:2
Qollar: Sessenyon, 23. İvobi, 32. R.Munis, 37 – Makallister, 14. L.Dias, 72.
Tottenhem – Sauthempton 3:1
Qollar: B.Conson, 13; 42. M.Tel, 90+6-pen – M.Fernandes, 90.
Mançester Yunayted – Mançester Siti 0:0
7 aprel
23:00. Lester Siti – Nyukasl


