Arne Slot “Fulhem”ə məğlubiyyətə aydınlıq gətirdi

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 31-ci turunda qarşılaşdıqları “Fulhem”lə səfər oyununu (2:3) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən buraxılmış səhvlərimizdən pərişanammı? Bəli. Amma yalnız mən yox, eləcə də oyunçularım və azarkeşlərimiz də. Amma biz səhvlərə tez-tez yol vermirik, müvafiq hallar baş verdikdə isə oyunçularım bu vəziyyəti düzəltməyə cəhd edirlər. “Fulhem”lə oyunda mən bunu gördüm. Müvafiq hal da yaşana bilər. Əgər siz səhvlərə yol verirsinizsə, sizi cəzalandırırlar”, deyə Arne Slot vurğulayıb.

Məğlubiyyətə rəğmən, 31 oyundan 73 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Fulhem” isə 48 xalla 8-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: