“Aston Villa”nın baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı keçirdikləri ilk oyunu (1:3) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, oyun ərəfəsində mənim gözlədiyim təxmin idi – 1:2 və ya 1:3. Gələn həftə biz evdə oynayacağıq, bu, bizim üçün ciddi çağırış olacaq. Amma biz öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə “Villa Park”da özümüzü inamlı hiss edəcəyik.
Bu gün bizə müdafiədə intizamlı olmaq gərək idi, hətta 1:2 hesabı ilə məğlub ikən, bizim, rəqibin cərimə meydançasına üç yanaşmamız oldu. Ümumilikdə biz gərəkli əhval-ruhiyyədəyik ki, nəticəyə yaxınlaşaq. Buraxdığımız sonuncu qolu da qəbul etməliyik. Bizim fikirlərimiz dəyişmir – bizə, evdə bir top fərqindən artıq hesabla qalib gəlmək gərəkdir”, deyə Unai Emeri vurğulayıb.
Komandalar arasındakı cavab oyunu aprelin 15-də Birmingemdə baş tutacaq.


