Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Günün ilk oyununda son çempion “Mançester Siti” doğma meydanda “Kristal Pelas”a böyük hesabla qalib gəlib. “Arsenal” öz meydanında “Brentford”la qarşılaşıb. “Topçular” hesabı açdıqları bu matçdan xal itkisi ilə ayrılıblar. “Aston Villa” səfərdə autsayder “Sauthempton” üzərində inamlı qələbə qazanıb. “Nottingem Forest” evdə “Everton”a uduzub. “Brayton” – “Lester Siti” matçında isə qalib müəyyənləşməyib.
32-ci turun qalan görüşləri aprelin 13-də və 14-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
32-ci tur
12 aprel
Mançester Siti – Kristal Pelas 5:2
Qollar: De Bröyne, 33. Marmuş, 36. Kovaçiç, 47. Makate, 56. Orayli, 79 – Eze, 8. Riçards, 21.
Nottingem Forest – Everton 0:1
Qollar: Dukure, 90+4.
Sauthempton – Aston Villa 0:3
Qollar: O.Uoktins, 73. Malen, 79. Makqinn, 90+4.
Brayton” – Lester Siti 2:2
Qollar: J.Pedro, 31-pen; 55-pen – Mavididi, 38. Okoli, 74.
Arsenal – Brentford 1:1
Qollar: Parti, 61 – Vissa, 74.
13 aprel
17:00. Çelsi – İpsviç Taun
17:00. Liverpul – Vest Hem
17:00. Vulverhempton – Tottenhem
19:30. Nyukasl – Mançester Yunayted
14 aprel
17:00. Bornmut – Fulhem


