Əvəzedicilər: “Sumqayıt”dan “Şamaxı”ya 10 cavabsız qol

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 30-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Turan Tovuz”la “Sabah”ın əvəzediciləri arasındakı 4 qolluq qarşılaşmada qalib müəyyənləşməyib. “Sumqayıt”ın ikinci komandası isə “Şamaxı”nın əvəzediciləri ilə ev oyununda 10 cavabsız qola sevinib.

30-cu turun qalan görüşləri aprelin 14-də keçiriləcək.

Əvəzedicilər Liqası
30-cu tur
12 aprel

“Səbail-2” – “Qarabağ-2” 1:2
Qollar: Altayturan Bektaşoğlu, 45+2 – Nihat Mehralıyev, 36; 60.
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rahil Ramazanov, İslam Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Bayıl Arena”, 16:00.

13 aprel

“Turan Tovuz-2” – “Sabah-2” 2:2
Qollar: İsmayıl İsmayılov, 45+1. Mircamal Əlizadə, 63 – Şahin İbrahimov, 47. Nihat Cabbarov, 90+4.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 13:00.

“Sumqayıt-2” – “Şamaxı-2” 10:0
Qollar: Əjdər Hacılı, 8; 11. Nihad Orucəli, 26; 57. Nihad Əhmədzadə, 38. Kənan Cavadlı, 41. Sənan Muradlı, 44. Əli Qurbanov, 50. Vladimir Beruaşvili, 58; 89.
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

14 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: