Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Çelsi” – “İpsviç Taun” matçında qalib müəyyənləşməyib.
Səfərdə “Vulverhempton”la qarşılaşan “Tottenhem” bu oyunda 4 qola üzülüb. “Nyukasl” da “Mançester Yunayted”lə ev oyununda böyük hesabla qələbə qazanıb.
Lider “Liverpul” isə bu turda “Vest Hem”ə qalib gəlməklə çempionluğa bir qədər də yaxınlaşıb.
32-ci tura aprelin 14-də keçiriləcək “Bornmut” – “Fulhem” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
32-ci tur
12 aprel
Mançester Siti – Kristal Pelas 5:2
Qollar: De Bröyne, 33. Marmuş, 36. Kovaçiç, 47. Makate, 56. Orayli, 79 – Eze, 8. Riçards, 21.
Nottingem Forest – Everton 0:1
Qollar: Dukure, 90+4.
Sauthempton – Aston Villa 0:3
Qollar: O.Uoktins, 73. Malen, 79. Makqinn, 90+4.
Brayton – Lester Siti 2:2
Qollar: J.Pedro, 31-pen; 55-pen – Mavididi, 38. Okoli, 74.
Arsenal – Brentford 1:1
Qollar: Parti, 61 – Vissa, 74.
13 aprel
Çelsi – İpsviç Taun 2:2
Qollar: Tuanzebe, 46-öz qapısına. Sanço, 79 – Enkizo, 19. B.Conson, 31.
Liverpul – Vest Hem 2:1
Qollar: L.Dias, 18. Van Deyk, 89 – Robertson, 86-öz qapısına.
Vulverhempton – Tottenhem 4:2
Qollar: A.Nuri, 2. Spens, 38-öz qapısına. Larsen, 64. Kunya, 86 – M.Tel, 59. Riçarlison, 85.
Nyukasl – Mançester Yunayted 4:1
Qollar: Tonali, 24. Barnes, 49; 64. B.Gimarayns, 77 – Qarnaço, 37.
14 aprel
17:00. Bornmut – Fulhem


