“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 31-ci turunun “Vest Hem”lə ev oyununda 2:1 hesablı qələbəni şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Ali” (Alisson Bekker, “Liverpul”un qapıçısı – redeaktorun qeydi) rəqibin erkən qol vurmamasının qayığısına qaldı. İkinci hissədə onların hesabı bərabərləşdirmək üçün bir neçə imkanı vardı, təəssüf ki, onlar bir qol vurdular. Düzü, mən təzminat müddətinin iki-üç dəqiqədən ibarət olacağını gözləyirdim, amma hakimlər heç bir komanda tərəfindən vaxt itkisinin olmadığı halda gözlənilmədən yeddi dəqiqə əlavə etdirlər ki, bu da mənim üçün kiçik gözlənilməzlik oldu.
Bu isə dadımıza çatdı, çünki biz qolumuzu lap elə, təzminat müddətinin artırılması ərəfəsində vurduq. Bu, mənə rahatlıq gətirdi, çünki mənə elə gəlirdi ki, “Vest Hem” bərabərlik qolu vurduqdan sonra ikinci hissənin gedişatına görə gözləmək olardı ki, onlar daha bir qol vuracaqlar.
Amma bizim azarkeşlərimiz və oyunçularımız başqa fikirdə idilər, çünki rəqibin hesabı bərabərləşdirdiyi andan etibarən, biz yenidən oynamağa və təpki göztərməyə başladıq. Azarkeşlərimiz isə o anda çox səs-küylü idilər. Bir neçə əks-hücum vardı ki, künc zərbəsinə gətirb-çıxardı, ardınca isə biz cərimə zərbəsi vurmaq fürsəti qazandıq. Müasir futbolda isə cərimə zərbələri çox vacibdir, biz bu gün də bunu yenidən gördük”, deyə Arne Slot vurğulayıb.
32 oyundan 76 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. “Vest Hem” isə 35 xalla 17-ci pillədədir.


