Premyer Liqa: “Bornmut”a “Fulhem”lə matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Bornmut” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Meydan sahibləri bu oyunun 1-ci dəqiqəsində vurduqları yeganə qol sayəsində vacib 3 xal qazanıblar.

Beləliklə, İngiltərə Premyer Liqasının cari mövsümünün geridə qalmış 32 turundan sonra 76 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 63 xalla ikinci, “Nottingem Forest” 57 xalla üçüncü pillədə qərarlaşıb. “Nyukasl”ın 56, “Mançester Siti”nin 55, “Çelsi” və “Aston Villa”nın 54, “Bornmut”, “Fulhem” və “Brayton”un 48, “Brentford” və “Kristal Pelas”ın 43 xalı var.

İngiltərə, Premyer Liqa
32-ci tur

12 aprel

Mançester Siti – Kristal Pelas 5:2
Qollar: De Bröyne, 33. Marmuş, 36. Kovaçiç, 47. Makate, 56. Orayli, 79 – Eze, 8. Riçards, 21.

Nottingem Forest – Everton 0:1
Qollar: Dukure, 90+4.

Sauthempton – Aston Villa 0:3
Qollar: O.Uoktins, 73. Malen, 79. Makqinn, 90+4.

Brayton – Lester Siti 2:2
Qollar: J.Pedro, 31-pen; 55-pen – Mavididi, 38. Okoli, 74.

Arsenal – Brentford 1:1
Qollar: Parti, 61 – Vissa, 74.

13 aprel

Çelsi – İpsviç Taun 2:2
Qollar: Tuanzebe, 46-öz qapısına. Sanço, 79 – Enkizo, 19. B.Conson, 31.

Liverpul – Vest Hem 2:1
Qollar: L.Dias, 18. Van Deyk, 89 – Robertson, 86-öz qapısına.

Vulverhempton – Tottenhem 4:2
Qollar: A.Nuri, 2. Spens, 38-öz qapısına. Larsen, 64. Kunya, 86 – M.Tel, 59. Riçarlison, 85.

Nyukasl – Mançester Yunayted 4:1
Qollar: Tonali, 24. Barnes, 49; 64. B.Gimarayns, 77 – Qarnaço, 37.

14 aprel

Bornmut – Fulhem 1:0
Qol: Semenyo, 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: