Unai Emeri: “Geri-dönüşlər üzrə təcrübə sahibiyəm”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 finalının evdə baş tutacaq PSJ ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, Parisdə keçirilmiş ilk oyunda PSJ 3:1 hesablı əzmkar qələbə qazanıb.

“Biz cavab oyununda yaxşı nəticənin intizarındayıq. Əlbəttə, onların 3:1 hesablı qələbə qazanmaları nəyisə dəyişir. Amma çoxmu? Yox. Niyə? Çünki biz qalib gəlməliyik. Biz 2:1 hesabı ikən də qələbə qazanmalıydıq və indi 3:1 hesabında da. Amma indi biz daha bir top fərqli ilə qalib gəlməliyik.

Bizim məqsədimiz qüvvətli taktiki plana riayət etmək, ardıcıl olmaq, oyunun 90 dəqiqə ərzində necə keçdiyini başa düşməyə çalışmaqadır. Biz “Brügge”ni məğlub edəndə (səfərdə 3:1; evdə 3:0), əlavə vaxt oynamağa hazır idik. Bizim planımız eynilədir: əgər biz əlavə vaxt oynamaq imkanı qazansaq, bu, yaxşıdır, amma əgər penaltilər silsiləsinə daşınsaq – bu da əladır.

Mən geri-dönüşlər üzrə təcrübə sahibiyəm, həm müsbət və həm də mənfi baxımdan. Ancaq indi hər şey fərqlidir. Biz “Aston Villa”nın tarixini yazmaq istəyirik – ötən il Kofrans Liqasında, bu il – Çempionlar Liqasında, mən isə ümidvaram ki, avrokuboklarda uzun illərə”, – Unai Emeri matçdan öncəki mətbuat konfransında açıqlayıb.

“Aston Villa” – PSJ oyunu bu gün, aprelin 15-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: