Premyer Liqa: MS “Aston Villa”ya çətinliklə qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turuna açılış oyununda “Mançester Siti” doğma meydanda “Aston Villa” ilə üz-üzə gəlib. Ötən mövsümün qalibi bu oyunda çətin qələbəyə sevinməklə yarış cədvəlinin 3-cü pilləsinə yüksəlib.

34-cü turun qalan görüşləri növbəti günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
34-cü tur

22 aprel

Mançester Siti – Aston Villa 2:1
Qollar: B.Silva, 7. M.Nunyes, 90+4 – Raşford, 18-pen.

23 aprel

23:00. Arsenal – Kristal Pelas

26 aprel

18:00. Çelsi – Everton
18:00. Brayton – Vest Hem
18:00. Nyukasl – İpsviç Taun
18:00. Sauthempton – Fulhem
18:00. Vulverhemtpon – Lester Siti

27 aprel

17:00. Bornmut – Mançester Yunayted
19:30. Liverpul – Tottenhem

1 may

22:30. Nottingem Forest – Brentford

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: