Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Beşiktaş” doğma meydanda “Hatayspor”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı oyunda İstanbul nəhəngi darmadağına sevinib.
33-cü turun qalan görüşləri aprelin 26-da, 27-də və 28-də keçiriləcək.
Türkiyə, Super Liqa
33-cü tur
25 aprel
Beşiktaş – Hatayspor 5:1
Qollar: İmmobile, 36-pen; 52-pen; 59. Rafa Silva, 53. Arroyo, 78 – A.Parmak, 20.
26 aprel
17:00. Sivasspor – Antalyaspor
20:00. Bodrumspor – Samsunspor
20:00. Qaziantep – Fənərbağça
27 aprel
17:00. Konyaspor – Adana Dəmirspor
17:00. Trabzonspor – Alanyaspor
20:00. Eyüpspor – Qalatasaray
20:00. Kayserispor – Rizəspor
28 aprel
21:00. Göztəpə – Başakşəhər


