Əvəzedicilər: “Turan Tovuz” Sumqayıtda 3 qola sevindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 35-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Şamaxı” ilə “Araz-Naxçıvan”ın ikinci komandalarının görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

“Sumqayıt”ın əvəzediciləri isə “Turan Tovuz”un ikinci komandasına məğlub olub.

35-ci turun qalan görüşləri mayın 19-da keçiriləcək.

Əvəzedicilər Liqası
35-ci tur

18 may

“Sumqayıt-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Hüseyn Xıdırov, 85 – Məzahir Məmmədzadə, 35. Dinamin Bağırov, 65. Pərvin Rəşidov, 89.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 2:2
Qollar: Nicat Xasıyev, 68; 81 – İftixar İbrahimov, 4; 28.
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Murad Səlimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.

19 may

“Zirə-2” – “Sabah-2”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zöhrab Abbasov, Samir Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Səbail-2”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Eyyub İbrahimov, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

“Kəpəz-2” – “Qarabağ-2”
Hakimlər: Namiq Bəkirov, Müslüm Əliyev, Asif Abdullayev, Ruslan Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: