Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Brentford” – “Fulhem” matçında qonaqlar qalib gəliblər. “Vest Hem” də evdə “Nottingem Forest”ə məğlub olub.
“Everton” “Sauthempton”la, “Lester Siti” də “İpsviç Siti” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Arsenal” isə “Nyukasl”ı tək qolla yenib.
37-ci turun qalan görüşləri mayın 19-da və 20-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
37-ci tur
16 may
Aston Villa – Tottenhem 2:0
Qollar: E.Konsa, 59. B.Kamara, 73.
Çelsi – Mançester Yunayted 1:0
Qol: M.Kukurelya, 81.
18 may
Everton – Sauthempton 2:0
Qollar: Ndiaye, 6; 45+2.
Vest Hem – Nottingem Forest 1:2
Qollar: Bouen, 86 – Gibbs-Uayt, 11. Milenkoviç, 61.
Brentford – Fulhem 2:3
Qollar: Mbeumo, 22. Vissa, 43 – R.Ximenes, 16. Kerni, 68. H.Uilson, 70.
Lester Siti – İpsviç Taun 2:0
Qollar: Vardi, 28. Makate, 69.
Arsenal – Nyukasl 1:0
Qol: D.Rays, 55.
19 may
23:00. Brayton – Liverpul
20 may
23:00. Kristal Pelas – Vulverhempton
23:00. Mançester Siti – Bornmut


