Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Çempionluğu bir neçə tur öncə təmin etmiş “Liverpul” bu dəfə “Brayton”un qonağı olub. Beş qolun qeydə alındığı oyun “qırmızılar”ın məğlubiyyəti ilə yekunlaşıb.
37-ci turun qalan görüşləri mayın 20-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
37-ci tur
16 may
Aston Villa – Tottenhem 2:0
Qollar: E.Konsa, 59. B.Kamara, 73.
Çelsi – Mançester Yunayted 1:0
Qol: M.Kukurelya, 81.
18 may
Everton – Sauthempton 2:0
Qollar: Ndiaye, 6; 45+2.
Vest Hem – Nottingem Forest 1:2
Qollar: Bouen, 86 – Gibbs-Uayt, 11. Milenkoviç, 61.
Brentford – Fulhem 2:3
Qollar: Mbeumo, 22. Vissa, 43 – R.Ximenes, 16. Kerni, 68. H.Uilson, 70.
Lester Siti – İpsviç Taun 2:0
Qollar: Vardi, 28. Makate, 69.
Arsenal – Nyukasl 1:0
Qol: D.Rays, 55.
19 may
Brayton – Liverpul 3:2
Qollar: Y.Ayari, 32. Mitoma, 69. Hinselvud, 85 – Elliot, 9. Soboslai, 45+1.
20 may
23:00. Kristal Pelas – Vulverhempton
23:00. Mançester Siti – Bornmut


