Məlum olduğu kimi, “Tottenhem” Avropa Liqasının final oyununda “Mançester Yunayted” üzərində 1:0 hesablı qələbə qazanıb.
Arena.az məlumat verir ki, britaniyalı məşhur jurnalist, “Arsenal”ın sadiq azarkeşi Pirs Morqan hər iki klubu aşağılayacaq şərh ilə diqqət çəkib:
“Bu, Avropa futbol yarışlarının finallarında ən bərbad oyun olmaldır. Büsbütün sarsıdıcı bir oyun. Buna rəğmən, bu gərəksiz klublardan biri gələn il UEFA Çempionlar Liqasında yer alacaq”, deyə Pirs Morqan özünəməxsus iti dilini işə salb.
Xatırladaq ki, qələbə sayəsində “Tottenhem” növbəti mövsümün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. İngiltərə nəhəngi “Mançester Yunayted” isə avrokuboklarsız qalıb.


