Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2024/25 mövsümünün son turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün 36-cı turun növbəti qarşılaşması baş tutub.
Günün yeganə oyunu “Səbail”lə “Sumqayıt”ın ikinci komandaları arasında keçirilib. Beş qolluq görüşün yekununda qonaqlar qələbəyə seviniblər.
Mövsümə mayın 26-da yekun vurulacaq.
Əvəzedicilər Liqası
36-cı tur
23 may
“Sabah-2” – “Neftçi-2” 2:2
Qollar: Nihat Cabbarov, 75. Ramil Nuraxmedov, 81 – Murad Məmmədov, 10. Həbib İsmayılov, 14.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “ASK Arena”, 18:00.
24 may
“Səbail-2” – “Sumqayıt-2” 2:3
Qollar: Kənan Feyziyev, 45-öz qapısına. Bəhram Köçəri, 78-pen – Nihad Orucəli, 29. Emil Həsənov, 33. Ədalət Ələkbərov, 38.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rəşad Quliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 15:00.
25 may
“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Rövşən Rəcəbov, Gülnurə Əkbərzadə, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 17:00.
26 may
“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Vüqar Həsənli, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Niyaz Əhmədov, Əhməd Əhmədsoy, Əkbər Əliyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 17:00.


