Arne Slot “Liverpul”un növbəti mövsümə planlarını açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın növbəti – 2025/2026-cı illər mövsümü üçün planları barədə açıqlama verib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, 46 yaşlı niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Xeyr, köklü dəyişiklikləri siz, çox güman ki, görməyəcəksiniz, bu, bizim, çempionatı qazanmağımızı nəzərə alsaq, qəribə olardı. Amma biz, malik olduğumuz heyətlə belə, daha da yaxşı ola bilərik. Əgər biz yeni oyunçuları cəlb edə bilsək, onda, güman ki, bizə, onların keyfiyyətlərinə uyğunlaşmaq gərək olacaq. Amma hər hansı köklü dəyişiklikləri gözləməyə dəyməz. Mən, başa çatmış mövsümdə gördüyünüz oyun üslubuna üstünlük verirəm. Azarkeşlərə də bu xoş gəlir”, deyə Arne Slot vurğulayıb.

Xatırladaq ki, Liverpul İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionluğunu qazanıb. “Qırmızılar”ı yarış cədvəlini 84 xalla zirvədə başa vuraraq, ən yaxın izləyicisi “Arsenal”ı (74 xal) 10 xal qabaqlayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: