Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün 36-cı turun sonuncu oyunları keçirilib.
“Turan Tovuz-2” doğma meydanda “Kəpəz-2” üzərində darmadağına sevinib. “Zirə-2” isə “Araz-Naxçıvan-2” ilə səfər oyununda 3 cavabsız qola sevinib.
Beləliklə, “Sabah-2” bu mövsümü 69 xalla çempion kimi başa vurub. Eyni xal toplamış “Neftçi-2” gümüş medallarla kifayətlənib. “Turan Tovuz-2” isə 66 xalla bürünc medallara sahib çıxıb.
Əvəzedicilər Liqası
36-cı tur
23 may
“Sabah-2” – “Neftçi-2” 2:2
Qollar: Nihat Cabbarov, 75. Ramil Nuraxmedov, 81 – Murad Məmmədov, 10. Həbib İsmayılov, 14.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “ASK Arena”, 18:00.
24 may
“Səbail-2” – “Sumqayıt-2” 2:3
Qollar: Kənan Feyziyev, 45-öz qapısına. Bəhram Köçəri, 78-pen – Nihad Orucəli, 29. Emil Həsənov, 33. Ədalət Ələkbərov, 38.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rəşad Quliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 15:00.
25 may
“Qarabağ-2” – “Şamaxı-2” 4:4
Qollar: Zaman Zamanlı, 8. İbrahim Ağayarov, 38. Nihat Mehralıyev, 53; 82 – Nicat Xasıyev, 43; 62; 87-pen. Həsən Cabbarlı, 58.
Hakimlər: Rövşən Rəcəbov, Gülnurə Əkbərzadə, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 17:00.
26 may
“Turan Tovuz-2” – “Kəpəz-2” 4:1
Qollar: Məzahir Məmmədzadə, 30. Mircamal Əlizadə, 62. Dinamin Bağırov, 75. Nicat Quliyev, 88 – Cavad Kərimov, 45+1.
Hakimlər: Vüqar Həsənli, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan-2” – “Zirə-2” 0:3
Qollar: Rüfət Tahirov, 32. Elşən Abdullayev, 73. Vüsal Əliyev, 86.
Hakimlər: Niyaz Əhmədov, Əhməd Əhmədsoy, Əkbər Əliyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 17:00.



