“Mançester Yunayted”lə müqaviləsinin müddəti başa çatmış mərkəz müdafiəçisi Conni Evans futbolçu karyerasını başa vurmağa qərar verib.
Arena.az xəbər verir ki, 37 yaşlı irlandiyalı müdafiəçi bu barədə özü açıqlama verib.
Conni Evans məhz “Mançester Yunayted” futbol akademiyasının yetirməsidir. O, karyerasının 2006-2015-ci illəri dönəmində “qırmızı şeytanlar”ın futbolçusu olaraq, icarə əsasında “Antverpen” və “Sanderlend”də çıxış edib. Sonra isə Conni “Vest Bromviç”ə tamhüquqlu əsasda transfer edilib, buradan isə 2018-ci ildə “Lester Siti”yə keçib. 2023-cü ilin iyulunda Evans “Lester Siti”dən azad agent qismində doğma klubu “Mançester Yunayted”ə qayıdıb. Evansın klubla müqaviləsinin müddəti bu yay bitib.
Evans yenicə başa çatmış mövsümdə “Mançester Yunayted”in heyətində 13 oyun keçirib, 1 qol vurub. Ümumilikdə isə Evansın “Mançester Yunayted”in heyətində çıxışının rəqəmlərin ifadəsində təsviri belədir: 241 oyun, 8 qol, 7 məhsuldar ötürmə.
Evans 2006-cı ilin sentyabrında debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 107 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.


