Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Fənərbağça” mövsümün son oyununda doğma meydanda “Konyaspor”u məğlub edib. “Rizəspor” “Hatayspor”u, “Alanyaspor” isə “Sivasspor”u məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Adana Dəmirspor” – “Qaziantep” matçında da heç-heçə qeydə alınıb.
Super Liqada mövsümə iyunun 1-də keçiriləcək son 2 oyunla yekun vurulacaq.
Türkiyə, Super Liqa
38-ci tur
30 may
Antalyaspor – Trabzonspor 0:2
Qollar: Zubkov, 55. Lundstram, 57.
Qalatasaray – Başakşəhər 2:0
Qollar: Mertens, 17-pen. Osimhen, 81.
Kasımpaşa – Göztəpə 1:2
Qollar: Uanes, 47 – A.İldiz, 33-pen. Viktor Huqo, 90+2.
31 may
Fənərbağça – Konyaspor 2:1
Qollar: İ.C.Kahveçi, 75. Ən-Nəsiri, 75 – M.Bostan, 4.
Rizəspor – Hatayspor 5:2
Qollar: Akintola, 43. Sou, 50; 90+3. E.Bulut, 72. Olavoyin, 90 – Y.A.Buz, 68. K.Alıcı, 74.
Adana Dəmirspor – Qaziantep 2:2
Qollar: Aliui, 11; 35 – Maksim, 32-pen. Boatenq, 64.
Alanyaspor – Sivasspor 2:0
Qollar: E.Keskin, 33. A.Usluoğlu, 66.
1 iyun
20:00. Bodrumspor – Beşiktaş
20:00. Samsunspor – Kayserispor


