“Liverpul”un keçmiş baş məşqçisi, alman mütəxəssis Yurgen Klopu təhqir etmiş ingilis hakim Devid Kut çatdırılma xidmətində çapar işləyir.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, Kut, Klopun təhqir edilməsi ilə müşayiət edilmiş, həmçinin ağ rəngli toz iynəməsi yer almış videonun yayılması və bir neçə silsilə qalmaqallı hadisələr sonrasında istefaya göndərilmişdi.
UEFA Devid Kutu 2026-cı ilin iyun ayının sonuna qədər müddətə cəzalandırıb. Ali qurum hakimi “futbolun simasına xələl gətirmək”də və “davranış ölçülərinin pozulması”nda ittiham edib. İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) isə daxili təhqiqat apararaq Kutu istefaya göndərib.
Kut başına gəlmişləri belə şərh edib:
“Mən sadəcə davam etmək istəyirəm. İndi bir məqsəd müəyyənləşdirib cavabdeh olmağım gərəkdir. Bu iş fikrimi dağıtmağa kömək edir, amma mən bunu yeni bir karyera olaraq qəbul etmirəm”, deyə Kut vurğulayıb.


