“Börnli” Martin Dubravka ilə müqavilə imzaladı

“Börnli” 36 yaşlı slovak qapıçı Martin Dubravkanı “Nyukasl”dan tamhüquqlu əsasda “klaretlər”in heyətinə qatıb.

Arena.az bu barədə “Börnli”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Dubravka “sağsağanlar”ın heyətində “1” nömrə altında çıxış edəcək.

Martin Dubravka “Jilina”nın məzunudur. Qapıçı, karyerası ərzində “Esbyerq”, “Slovan” (Liberets), “Sprata” (Praqa), “Nyukasl”da çıxış edib, həmçinin “Mançester Yunayted”də icarədə olub.

Geridə qalmış mövsümdə Dubravka “Nyukasl” üçün 16 oyuna çıxıb, 16 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edib.

Martin Dubravka 2014-cü ilin may ayında debüt etdiyi Slovakiya yığmasının heyətində 53 oyun keçirib, 60 qol yeyib, 20 oyundan quru qurtulub.

“Transfermarkt” internet-portalı 36 yaşlı slovak qapıçının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: