Super Liqa: “Beşiktaş”dan “Kayserispor”a 4 cavabsız qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb.

Yeni mövsümə o qədər uğurlu start verməyən, hətta baş məşqçi dəyişikliyinə də əl atmış İstanbul nəhəngi bu oyunda qələbə qazanmağı bacarıb. “Qara qartallar” bu görüşdə 3 xalı 4 cavabsız qolla qazanıblar.

Beləliklə, “Beşiktaş” 5 oyuna topladığı 9 xalla hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Kayserispor” isə 6 oyuna 4 xalla 15-ci sıradadır.

Çempionata itkisiz irəliləyən “Qalatasaray” liderlik edir – 18 xal. “Göztəpə” və “Fənərbağça”nın isə 12 xalı var.

Türkiyə, Super Liqa
1-ci turun oyunu
24 sentyabr

Kayserispor – Beşiktaş 0:4
Qollar: Rafa Silva, 15; 32; 58. T.Abraham, 45+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: