Əvəzedicilər: “Qəbələ” evdə, “Sabah” səfərdə sevindi

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 6-cı turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Qəbələ-2” doğma meydanda “Turan Tovuz”un əvəzediciləri üzərində inamlı qələbəyə sevinib. “Zirə” ilə “Sabah”ın ikinci komandalarının dörd qolluq görüşündə isə qonaqlar inamlı qələbə qazanıblar.

Əvəzedicilər Liqası
6-cı tur

26 sentyabr

“Kəpəz-2” – “Qarabağ-2” 3:4
Qollar: Raul Məmmədov, 7. Fərid Kələntərov, 12. Elxan Məmmədov, 47 – Nicat Xasıyev, 23. Eltun Babazadə, 64; 70-pen. Bəhruz Qurbanlı, 80-pen.
Hakimlər: Nazim Abdullayev, Əkbər Əliyev, Asif Abdullayev, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 0:1
Qol: İftixar İbrahimov, 4.
Hakimlər: Şamil İmanzadə, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şamaxı-2” – “Sumqayıt-2” 2:4
Qollar: Məmməd Əhmədov, 24. Sadiq Məmmədli, 90 – Nihad Orucəli, 33. İlkin Məmmədov, 37. Rəvan Məşiyev, 51. Əjdər Hacılı, 83.
Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Elmin Süleymanov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.

27 sentyabr

“Qəbələ-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Qədir Ramazanov, 39. Rəvan Əsədov, 48.
Hakimlər: Fəridə Lütfəliyeva, Mirnihat Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Zirə-2” – “Sabah-2” 1:3
Qollar: Murad Ələkbərov, 15 – Şahin İbrahimov, 54; 61. Əli Əlizadə, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Hüseyn Vəliyev, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: