Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Tottenhem” – “Vulverhempton” və “Lids” – “Bornmut” matçlarında qalib müəyyənləşməyib.
“Çelsi” evdə “Brayton”a, “Mançester Yunayted” isə səfərdə “Brentford”a məğlub olub. Bu tura qədər itkisiz irəliləyən “Liverpul”u da məğlub edən tapılıb. “Qırmızılar” səfərdə “Kristal Pelas”a uduzublar. Nəticədə “Kristal Pelas” yeni mövsümdə məğlubiyyət tanımayan yeganə komandaya çevrilib.
“Mançester Siti” bu turda “Börnli” ilə ev oyunundan böyük hesabla qalib ayrılıb.
6-ci turun qalan görüşləri sentyabrın 28-də və 29-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
6-cı tur
27 sentyabr
Brentford – Mançester Yunayted 3:1
Qollar: Tyaqo, 8; 20. Yensen, 90+5 – Şeşko, 26.
Mançester Siti – Börnli 5:1
Qollar: Esteve, 12-öz qapısına; 65-öz qapısına. M.Nunes, 61. Haland, 90; 90+3 – Antoni, 38.
Lids – Bornmut 2:2
Qollar: Rodon, 37. Lonqstaff, 54 – Semenyo, 26. Kroupi, 90+3.
Kristal Pelas – Liverpul 2:1
Qollar: Sarr, 9. Nketia, 90+7 – Kyeza, 87.
Çelsi – Brayton 1:3
Qollar: E.Fernandes, 24 – Uelbek, 77; 90+10. De Kuyper, 90+2.
Nottingem Forest – Sanderlend 0:1
Qol: Alderete, 38.
Tottenhem – Vulverhempton 1:1
Qollar: Palinya, 90+4 – Bueno, 54.
28 sentyabr
17:00. Aston Villa – Fulhem
19:30. Nyukasl – Arsenal
29 sentyabr
23:00. Everton – Vest Hem


