Super Liqa: “Beşiktaş” “Kocaelispor”u 3 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Beşiktaş” doğma meydanda “Kocaelispor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Beləliklə, geridə qalmış 7 turdan sonra maksimum nəticə (21 xal) göstərmiş “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 15 xalla ikinci, “Trabzonspor” 14 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 13, “Beşiktaş” və “Samsunspor”un 12 xalı var.

Türkiyə, Super Liqa
7-ci tur

26 sentyabr

Alanyaspor – Qalatasaray 0:1
Qol: İkardi, 23.

27 sentyabr

Eyüpspor – Göztəpə 0:0

Qaziantep – Samsunspor 2:2
Qollar: Lunqoyi, 45. Abena, 75 – Drongelen, 4. Ndiaye, 19.

Karagümrük – Trabzonspor 3:4
Qollar: T.Çukur, 28. Fofana, 90+1; 90+2 – F.Auqusto, 19. Onuaçu, 35; 45+8-pen. Sikan, 88.

28 sentyabr

Konyaspor – Başakşəhər 2:1
Qollar: Ndao, 16. Opoku, 45+1-öz qapısına – Şomurodov, 57.

Rizəspor – Kasımpaşa 1:2
Qollar: Papanikolau, 60 – Qeye, 35. Uanes, 90+3.

Fənərbağça – Antalyaspor 2:0
Qollar: Talişka, 65-pen. Şimanski, 90+2.

Kayserispor – Gənclərbirliyi 1:1
Qollar: Tuçi, 90+1 – O.Ülgün, 26.

29 sentyabr

Beşiktaş – Kocaelispor 3:1
Qollar: Rafa Silva, 4. Çernı, 10. Sirota, 90+3-öz qapısına – T.Bingöl, 50.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: