Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Bornmut” doğma meydanda “Fulhem”lə üz-üzə gəlib. Meydan sahibləri dörd qolun qeydə alındığı bu oyunda inamlı qələbəyə seviniblər.
Qeyd edək ki, turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
7-ci tur
3 oktyabr
Bornmut – Fulhem 3:1
Qollar: Semenyo, 78; 90+6. Kluyvert, 84 – Sessenyon, 70.
4 oktyabr
15:30. Lids – Tottenhem
18:00. Arsenal – Vest Hem
18:00. Mançester Yunayted – Sanderlend
20:30. Çelsi – Liverpul
5 oktyabr
17:00. Aston Villa – Börnli
17:00. Everton – Kristal Pelas
17:00. Nyukasl – Nottingem Forest
17:00. Vulverhempton – Brayton
19:30. Brentford – Mançester Siti


