Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda “Vest Hem”ə, “Mançester Yunayted” isə “Sanderlend”ə 2 cavabsız qolla qalib gəlib.
Üç qolun qeydə alındığı “Lids” – “Tottenhem” görüşü qonaqların çətin qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi oyununda “Çelsi” son çempion “Liverpul”u qəbul edib. London təmsilçisi rəqibini xalsız yola salıb.
Qeyd edək ki, turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
7-ci tur
3 oktyabr
Bornmut – Fulhem 3:1
Qollar: Semenyo, 78; 90+6. Kluyvert, 84 – Sessenyon, 70.
4 oktyabr
Lids – Tottenhem 1:2
Qollar: Okafor, 34 – M.Tel, 23. M.Kudus, 57.
Arsenal – Vest Hem 2:0
Qollar: D.Rays, 38. B.Saka, 67-pen.
Mançester Yunayted – Sanderlend 2:0
Qollar: Maunt, 8. Şeşko, 31.
Çelsi – Liverpul 2:1
Qollar: Kaysedo, 14. Estevan, 90+5 – Qakpo, 63.
5 oktyabr
17:00. Aston Villa – Börnli
17:00. Everton – Kristal Pelas
17:00. Nyukasl – Nottingem Forest
17:00. Vulverhempton – Brayton
19:30. Brentford – Mançester Siti


