Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Gənclərbirliyi” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kocaelispor” isə “Eyüpspor”la ev oyununda bir qolla 3 xal qazanıb.
Turun mərkəzi oyununda lider “Qalatasaray” əzəli rəqiblərindən olan “Beşiktaş”ı qəbul edib. İstanbul derbisində qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Nəticədə, “Qalatasaray” cari mövsümdəki ilk xal itkisi ilə üzləşib.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
8-ci tur
3 oktyabr
Antalyaspor – Rizəspor 2:5
Qollar: S.Dikmen, 13. Kvançara, 89 – Rak-Sakyi, 4; 48. Yureçka, 9. Zeqiri, 86. Mihayla, 90+1.
Trabzonspor – Kayserispor 4:0
Qollar: O.Yokuşlu, 12. F.Auqusto, 53. Zubkov, 56. Onuaçu, 90+5-pen.
4 oktyabr
Gənclərbirliyi – Alanyaspor 2:2
Qollar: Zuzek, 66. Nyanq, 76-pen – Haci, 14. Hvanq, 69.
Kocaelispor – Eyüpspor 1:0
Qol: Petkoviç, 85-pen.
Qalatasaray – Beşiktaş 1:1
Qollar: İ.Gündoğan, 55 – T.Abraham, 12.
5 oktyabr
15:30. Kasımpaşa – Konyaspor
18:00. Karagümrük – Qaziantep
21:00. Göztəpə – Başakşəhər
21:00. Samsunspor – Fənərbağça


