Premyer Liqa: “Mançester Siti” “Brentford”u tək qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Vulverhempton” – “Brayton” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Aston Villa” “Börnli”ni, “Everton” “Kristal Pelas”ı, “Nyukasl” isə “Nottingem Forest”i məğlub yola salıb.

Səfərdə “Brentford”la qarşılaşmış “Mançester Siti” isə 3 xalı tək qolla qazanıb.

Beləliklə, geridə qalmış 7 turdan sonra 16 xala malik “Arsenal” vahid liderdir. “Liverpul” 15 xalla ikinci pillədə qərarlaşıb. “Tottenhem” və “Bornmut”un 14, “Mançester Siti”nin 13, “Kristal Pelas”ın 12, “Çelsi”, “Everton” və “Sanderlend”in 11, “Mançester Yunayted”in 10 xalı var.

İngiltərə, Premyer Liqa
7-ci tur

3 oktyabr

Bornmut – Fulhem 3:1
Qollar: Semenyo, 78; 90+6. Kluyvert, 84 – Sessenyon, 70.

4 oktyabr

Lids – Tottenhem 1:2
Qollar: Okafor, 34 – M.Tel, 23. M.Kudus, 57.

Arsenal – Vest Hem 2:0
Qollar: D.Rays, 38. B.Saka, 67-pen.

Mançester Yunayted – Sanderlend 2:0
Qollar: Maunt, 8. Şeşko, 31.

Çelsi – Liverpul 2:1
Qollar: Kaysedo, 14. Estevan, 90+5 – Qakpo, 63.

5 oktyabr

Aston Villa – Börnli 2:1
Qollar: Malen, 25; 63 – Uqoçukvu, 78.

Everton – Kristal Pelas 2:1
Qollar: Ndiaye, 76-pen. Qriliş, 90+3 – Munoz, 37.

Nyukasl – Nottingem Forest 2:0
Qollar: B.Gimaraynş, 58. Voltemade, 84-pen.

Vulverhempton – Brayton 1:1
Qollar: Verbruggen, 21-öz qapısına – Van Hekke, 86.

Brentford – Mançester Siti 0:1
Qol: Haland, 9.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: